Cek Uilşir yenidən klubsuz qaldı

Futbol üzrə İngiltərə millisinin və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Cek Uilşir yenidən klubsuz qalıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu İngiltərənin “Bornmut” klubundan ayrılıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Futbolçuya xidmətlərinə görə təşəkkür edən klub, ona gələcək karyerasında uğurlar arzulayıb.

Uilşir bu ilin yanvarından “Bornmut”un uğurları üçün çalışırdı. O, həmin vaxt azad agent statusu ilə bu kluba keçmişdi. Cek, “Bornmut”la müqavilə bağlayana qədər də xeyli müddət idi klubsuz idi və fərdi qaydada hazırlıq keçirdi.

“Arsenal”ın yetirməsi olan Uilşir, 2016/17 mövsümündə də “Bornmut”da çıxış etmişdi. Yarımmüdafiəçi “Vest Hem”in də uğurları üçün çalışıb.

Cek Uilşir İngiltərə yığmasında 34 oyunda 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: