“Çelsi” Ampadunu yenidən icarəyə verdi

İngiltərənin “Çelsi” klubu müdafiəçisi İtan Ampadunu yenidən icarəyə verib. Arena.az xəbər verir ki, uelsli futbolçu İtaliyanın “Venesiya” klubuna keçib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Ampadu 2021/2022 mövsümünü icarə əsasında “Venesiya”da keçirəcək.

İtan Ampadu 2017-ci ildən “Çelsi”dədir. Amma o, London təmsilçisinin əsas komandasında möhkəmlənə bilməyib. 20 yaşlı müdafiəçi daha öncə Almaniyanın “Leyptsiq”, İngiltərənin “Şeffild Yunayted” klublarına da icarəyə verilib. Gənc futbolçu Uels yığmasında 27 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: