“Clearlake Capital” konsorsiumunu idarə edən “Çelsi”nin sahibləri Fransanın “Strasburq” futbol klubunun səhmlərini alıblar.
Arena.az bu barədə “RMC Sport”a istinadən xəbər verir.
“Strasburq”dan verilmiş rəsmi açıqlamada deyilir: “Bugünkü razılaşma “Strasburq”un tarixində yeni bir səhifə açacaq. “Clearlake Capital” konsorsiumunun rəhbərləri birinci komanda və akademiya daxil olmaqla klubumuzun artımına, cari menecerlər komandasını idarə edərək klubun prezidenti qalacaq Mark Kellerin başladığı layihənin davamına sabit surətdə yatırımı öhdələrinə götürürlər”.
Jurnalist Ben Ceykobsun məlumatına görə, “Çelsi”nin sahibləri “Strasburq”un nəzarət paketini (təxminən 100 %) alıblar. Satınalma təxminən 75 milyon avro təşkil edib. “Strasburq”un qadın komandası da klublar arasında müqavilənin bir hissəsidir.


