UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin başa çatması ilə pley-offa bütün vəsiqələrin sahibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, son gündə Portuqaliyanın “Portu” və Fransanın PSJ klubları da növbəti mərhələyə vəsiqə qazanıblar.
Bununla da qitənin ən nüfuzlu klub turnirində bütün 1/8 finalçılar bəlli olub:
Qrup qalibləri
Bayern (Almaniya)
Arsenal (İngiltərə)
Real (İspaniya)
Real Sosyedad (İspaniya)
Atletiko (Madrid, İspaniya)
Borussiya (Dortmund, Almaniya)
Mançester Siti (İngiltərə)
Barselona (İspaniya)
Qrup ikinciləri
Kopenhagen (Danimarka)
PSV (Niderland)
Napoli (İtaliya)
İnter (İtaliya)
Latsio (İtaliya)
PSJ (Fransa)
Leypsiq (Almaniya)
Portu (Portuqaliya)
Beləliklə, qrup qalibləri UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatması zamanı “səpələnmişlər”, qrup ikinciləri isə “səpələnməmişlər” səbətində yer alacaqlar. 1/8 final mərhələsinin püşkatması zamanı eyni qruplarda mübarizə aparmış və eyni ölkəni təmsil edən komandalar bir-birinə rəqib olmayacaqlar.
UEFA Çempionlar Liqasının qrup mərhələsini üçüncü pillədə başa vurmuş daha 8 komanda isə bu mövsüm yoluna Avropa Liqasında davam edəcək. Bu komandalar Avroliqanın pley-offunda yarışacaqlar:
Qalatasaray (Türkiyə)
Lans (Fransa)
Braqa (Portuqaliya)
Benfika (Portuqaliya)
Feyenoord (Niderland)
Milan (İtaliya)
Yanq Boyz (İsveçrə)
Şaxtyor (Donetsk, Ukrayna)
Sonda onu da xatırladaq ki, həm UEFA Çempionlar Liqasının, həm də Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq. UEFA-nın mənzil qərargahında əvvəlcə ÇL-in, ardından isə Avroliqanın püşkü atılacaq. Belə ki, ÇL-in püşkatma mərasiminə Bakı vaxtı ilə saat 15:00-da, Avroliqanın püşkatma mərasiminə isə saat 16:00-da start veriləcək.


