Futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Arena.az xəbər verir ki, ənənəvi olaraq, bu il də 32 komanda növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.
Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi bu gün – avqustun 31-də təşkil olunacaq. Artıq iştirakçı komandaların səbətləri də məlumdur.
UEFA Çempionlar Liqası
Qrup mərhələsinin püşkü öncəsi səbətlərin tərkibi:
1-ci səbət
“Mançester Siti” (İngiltərə)
“Sevilya” (İspaniya)
“Barselona” (İspaniya)
“Napoli” (İtaliya)
“Bayern” (Almaniya)
PSJ (Fransa)
“Benfika” (Portuqaliya)
“Feyenoord” (Niderland)
2-ci səbət
“Real” (İspaniya)
“Mançester Yunayted” (İngiltərə)
“İnter” (İtaliya)
“Borussiya” (Dortmund, Almaniya)
“Atletiko” (Madrid, İspaniya)
“Leypsiq” (Almaniya)
“Portu” (Portuqaliya)
“Arsenal” (İngiltərə)
3-cü səbət
“Şaxtyor” (Donetsk, Ukrayna)
“Zalsburq” (Avstriya)
“Milan” (İtaliya)
“Braqa” (Portuqaliya)
PSV (Niderland)
“Latsio” (İtaliya)
“Srvena Zvezda” (Serbiya)
“Kopenhagen” (Danimarka)
4-cü səbət
“Yanq Boyz” (İsveçrə)
“Real Sosyedad” (İspaniya)
“Qalatasaray” (Türkiyə)
“Seltik” (Şotlandiya)
“Nyukasl” (İngiltərə)
“Union Berlin” (Almaniya)
“Antverpen” (Belçika)
“Lans” (Fransa)


