İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final matçının məkanı dəyişdirilib.
Arena.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi İstanbulda yox, Portuqaliyada keçiriləcək.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Mayın 29-da, “Mançester Siti” ilə “Çelsi” arasında keçiriləcək həlledici matç Portu şəhərindəki “Draqao” stadionunda təşkil olunacaq.
Final matçına hər klub üçün 6000 bilet veriləcək. Ümumilikdə, həlledici oyunda 12 min azarkeş iştirak edəcək.
UEFA Çempionlar Liqasının final matçının daha əvvəl Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılırdı. Bu ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən oyuna ev sahibliyi Portuqaliyaya verilib.
Xatırladaq ki, ötən il də ÇL-in final matçı İstanbulda keçirilməli olduğu halda, UEFA oxşar qərarlar həlledici oyunu Portuqaliyaya vermişdi.


