Ceyson Murilyo yenidən “Selta”ya qayıtdı

Futbol üzrə Kolumbiya yığmasının müdafiəçisi Ceyson Murilyo yenidən İspaniya La Liqasına qayıdıb. Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu “Selta”ya keçib.

Müqavilə ilə İtaliyanın “Sampdoriya” klubuna məxsus olan mərkəz müdafiəçisi, La Liqa təmsilçisində mövsümün sonuna qədər icarə əsasında forma geyinəcək.

Ceyson Murilyo 2019-cu ildən “Sampdoriya”da çıxış edir. Kolumbiya yığmasında 32 oyuna 1 qol vurmuş futbolçu, ötən mövsümü də “Selta”da icarədə keçirib. O, daha öncə İspaniyada “Barselona”, “Valensiya”, “Las Palmas” və “Qranada”nın da uğurları üçün çalışıb. Murilyonun formasını geyindiyi komandalar arasında Milan “İnter”i də var.

Murilyonu icarəyə göndərən “Sampdoriya” da “Sassuolo”nun hücumçusu Françesko Kaputonu heyətinə qatıb. 34 yaşlı forvard satınalma şərti ilə icarəyə götürülüb. 2019-cu ildən “Sassuolo”da çıxış edən futbolçu, İtaliya millisində də 2 oyun keçirib, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: