ÇL: “Qarabağ” autsayder “Ayaks”ı Bakıda sevindirdi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 6-cı turu çərçivəsində Niderland nəhəngi “Ayaks”la üz-üzə gəlib.

Sözügedən komandalar arasındakı oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi FIFA referisi Rade Obrenoviç olub.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində uğurlu çıxışı ilə diqqət mərkəzindəydi. Ağdam klubu əvvəlki 5 oyunda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə üzləşmişdi.

“Ayaks” isə ÇL-in Liqa mərhələsində keçirdiyi 5 oyunun hamısında məğlubiyyətə üzülmüşdü. Niderland nəhəngi bu oyundan öncə xal qazanmamış yeganə komanda idi və 36-cı sırada qərarlaşmışdı. “Qarabağ” isə 7 xalla 20-ci idi.

Altı qolun qeydə alındığı bu oyuna Ağdam təmsilçisi daha yaxşı başlayıb və iki dəfə hesabda önə keçib. Amma matçın sonlarında fəallaşan “Ayaks” yekunda əzmkar qələbəyə sevinməklə “Qarabağ”ın xal hesabını artırmasına imkan verməyib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr

“Qarabağ” – “Ayaks” 2:4
Qollar: Kamilo Duran, 10. Mateus Silva, 47 – Kasper Dolberq, 39. Oskar Qlux, 79; 90. Anton Qaey, 83.
Hakimlər: Rade Obrenoviç, Yure Praprotnik, Qreqa Kordej, Mateo Tozan (Sloveniya).
VAR: Matey Yuq (Sloveniya).
AVAR: Alen Borosak (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Ayaks: 1. Viteslav Yaroş, 2. Lukas Roşa, 3. Anton Qaey, 4. Ko İtakura, 7. Raul Moro, 9. Kasper Dolberq, 10. Oskar Qlux, 15. Yuri Baas (k), 30. Aaron Bauman, 24. Yorti Mokio, 48. Sean Steur.
Ehtiyat oyunçular: 12. Yoeri Herkens, 22. Remko Pasveer, 5. Ouen Veyndal, 6. Yuri Reger, 11. Mika Qodts, 17. Oliver Edvardsen, 18. Davi Klaassen, 19. Don Konadu, 21. Van den Bomen, 28. Kian Fits-Jim, 43. Rayan Bunida, 53. Van de Lans.
Baş məşqçi: Fred Qrim.

Xəbəri sosial şəbəkələrdə paylaş: