Bu gün futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki mümkün rəqibi bilinəcək.
Arena.az xəbər verir ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərində atılacaq.
Tədbirə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək. Püşkdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi bilinəcək. Qurban Qurbanovun yetirmələrinin “Ludoqorets”lə təşkil etdiyi cüt səpələnməmişlər səbətində yer alacaq.
UEFA Çempionlar Liqası
Çempionlar yolu
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Srvena Zvezda” (Serbiya)
“Malmö” (İsveç) – PAOK (Yunanıstan) cütünün qalibi
“Midtyulland” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi
“Yanq Boyz” (İsveçrə)
Səpələnməmişlər
“Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi
“Qalatasaray” (Türkiyə)
“Slovan” (Slovakiya) – APOEL (Kipr) cütünün qalibi
“Yagellonya” (Polşa) – “Bodo Qlimt” (Norveç) cütünün qalibi
“Sparta” (Çexiya) – “Styaua” (Rumıniya) cütünün qalibi
Liqa yolu
Səpələnmişlər
“Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya) cütünün qalibi
“Slaviya” (Praqa, Çexiya) – “Yunion” (Belçika) cütünün qalibi
Səpələnməmişlər
“Lill” (Fransa) – “Fənərbaxça” (Türkiyə) cütünün qalibi
“Zalsburq” (Avstriya) – “Tvente” (Niderland) cütünün qalibi
Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-of mərhələsinin ilk matçları avqustun 20-21-də, cavab görüşləri isə ayın 27-28-də keçiriləcək.


