Futbol üzrə Kolumbiya milli komandasının hücumçusu Con Duran Amerika Birləşmiş Ştatlarının “Çikaqo Fayr” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 19 yaşlı forvard İngiltərənin “Aston Villa” klubuna transfer olunub.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Gənc futbolçu yeni klubu ilə uzunmüddətli müqavilə bağlayıb. “Aston Villa” bu transfer üçün 16.64 milyon avrosundan keçib.
Con Duran peşəkar karyerasına 2019-cu ildə “Enviqado”da başlayıb. O, 2022-ci ilin yanvarında 1.7 milyon avroya transfer edildiyi “Çikaqo Fayr”da 28 oyuna çıxıb. Hücumçu MLS təmsilisində 8 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
Duran 2022-ci ilin sentyabrında debüt etdiyi Kolumbiyanın əsas milli komandasında 3 oyun keçirib.


