Con Stounz rəsmən “İnter”də!

Futbol üzrə İngiltərə millisinin və “Mançester Siti”nin müdafiəçisi Con Stounz bundan sonra İtaliya çempionu “İnter”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Milan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

32 yaşlı mərkəz müdafiəçisi ilə 2028-ci il iyunun 30-dək nəzərdə tutulmuş 2 illik müqavilə imzalanıb.

Təcrübəli futbolçu “İnter”ə azad agent statusunda qoşulub. O, cari yay transfer pəncərəsində “Mançester Siti”dən ayrılmışdı.

Con Stounz 2016-cı ildən İngiltərə nəhənginin formasını geyinirdi. O, “şəhərlilər”in heyətində bütün turnirlərdə 295 oyunda meydana çıxaraq 19 qol vurub və 9 məhsuldar ötürmə verib.

İngiltərəli müdafiəçi “Mançester Siti” ilə birlikdə 6 dəfə Premyer Liqanın, 3 dəfə İngiltərə Kubokunun qalibi olub. O, həmçinin UEFA Çempionlar Liqasını da qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: