Conatan Giraldes – 2023-cü ilin ən yaxşı qadın klub məşqçisi!

“Barselona”nın qadınlardan ibarət komandasının ispan baş məşqçisi Conatan Giraldes 2023-cü ilin ən yaxşı qadın klub məşqçisi seçilib.

Arena.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən məlumat verir ki, təşkialtın müvafiq mükafatına (IFFHS Women’s World Best Club Coach 2023) Giraldes ötənilki qalib, Lion “Olimpik”inin fransalı çalışdırıcısı Sonya Bompastoru böyük fərqlə üstələyərək sahib olub.

Səsvermədə Giraldes 180 xal, Sonya Bompastor isə 67 xal toplayıb. İlk üçlüyü 61 xalla “Volfsburq”un alman çalışdırıcısı Tommi Strot qapayır.

Conatan Giraldes bu il “Barsleona” ilə İspaniya La Liqasını, İspaniya Super Kubokunu və Çempionlar Liqasını qazanıb. Mövsüm ərzində keçirdiyi 42 oyunda Giraldes fantastik nəticə göstərib. Onun komandası- 39 qələbə qazanıb və cari ildə yalnız əzəli rəqibi “Real”a məğlub olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: