“Yuventus”un italyan keçmiş mərkəz müdafiəçisi Corco Kyellini Turin klubunda yeni vəzifə alıb və tezliklə iş fəaliyyətinə başlayacaq.
Arena.az bu barədə “Yuventus”un mətbuat xidmətinə istinadən məlumat verir.
40 yaşlı mütəxəssis “Yuventus”un futbol strategiyası üzrə direktoru vəzifəsinə təyin edilib. Daha əvvəl isə Kyellini “Qoca sinyora”nın, futbol təşəkilatları üzrə əlaqələrini idarə edirdi.
Əlavə edək ki, Corco Kyellini yeni vəzifəsində, rəsmən cari ilin iyun ayının 4-də “Yuventus”un baş idarəçisi olacaq Damyen Kmolliyə birbaşa tabe olacaq. 52 yaşlı fransız mütəxəssis Komolli “Arsenal”, “Tottenhem”, “Liverpul” və “Fənərbağça”dakı işləri ilə məşhurdur. Komollinin son nailiyyəti isə prezidenti olduğu “Tuluza”nın Fransa Liqa 1-ə qaytarılamsı və “çağalar”a Fransa Kubokunu (2022/2023) qazandırması ilə bağlıdır.
Xatırldaq ki, “Yuventus” İtalya A Seriyasının 2024/2025-ci illər mövsümünü 4-cü pillədə başa vuraraq, Çempionlar Liqasının növbəti mövsümündə iştirak imkanı qazanıb.


