Şotland sol cinah müdafiəçisi Coş Doyq “Verona”dan tamhüquqlu müqavilə əsasında “Sassuolo”nun düşərgəsinə keçib.
Arena.az bu barədə “Sassuolo”nun rəsmi saytına istinadən məlumat verir.
Transfer İtaliya klubuna 6 milyon avro məbləğində başa gəlib. Müqavilə müddəti haqqında məlumat isə hələ açıqlanmayıb.
Doyq “Harts”ın yetirməsidir, karyerası ərzində “Hibernian”, “Kuinz Park” və “Verona”da çıxış edib.
Cari mövsümün birinci yarısında Doyq “Verona”nın heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 14 oyun keçirib.
Coş Doyq Şotlandiya yığmasının heyətinə çağırılsa da, hələ debüt imkanı qazanmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı şotland sol cinah müdafiəçisinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.


