Futbol üzrə İtaliya A Seriyasında çıxış edən “Napoli” kapitanı Covanni Di Lorenso ilə müqavilənin müddətini 2030-cu ilə qədər uzadıb.
Arena.az xəbər verir ki, İtaliya klubu 33 yaşlı müdafiəçi ilə yeni uzunmüddətli müqavilə imzalandığını bəyan edib.
Tərəflər arasındakı əvvəlki anlaşma yenilənərək 2030-cu ilin yayına qədər uzadılıb.
Covanni Di Lorenso ötən mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 35 rəsmi matç keçirib və 2 qol vurub. İtaliyalı oyunçu bu klubun heyətində bütövlükdə 307 oyun keçirib, 20 qol vurub və 42 məhsuldar ötürmə edib.
Bu ilin fevral ayında dizinin ön çarpaz bağını cıran müdafiəçi may ayında məşqlərə qayıdaraq mövsümün sonlarında komandasına kömək edib.
İtaliya millisinin üzvü 2019-cu ilin yayından “Napoli”də çıxış edir. O, Neapol klubunun heyətində iki dəfə İtaliya çempionu olub, həmçinin ölkə kuboku və super kubokunu qazanıb.
“Napoli” İtaliya A Seriyasının 3-cü turu çərçivəsində sentyabrın 5-də səfərdə “İnter”lə qarşılaşacaq. Neapol klubu Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biridir.


