Covanni Leoni və Antuan Juju “Parma”da – 8 milyonluq transfer

Bu mövsüm yenidən A Seriyasına qayıtmış “Parma” heyətini 2 yeni futbolçu – Covanni LeoniAntuan Juju ilə gücləndirib.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istindən məlumat verir.

Mərkəz müdafiəçisi olan Covanni Leoni “Sampdoriya”dan 5 milyon avro müqabilində transfer olunub. 17 yaşlı futbolçu ilə 3 illik (2027-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

“Padova”nın yetirməsi olan Leoni, “Sampdoriya”ya 1,5 milyon avro müqabilində cəlb edilmişdi. 17 yaşlı futbolçu bu klubun əsas komandasında 12 oyun keçirib, 1 qol da vurub. O, bu ildən İtaliyanın U-18 yığmasına dəvət alır.

Antuan Juju isə Fransanın “Havr” klubundan 3 milyon avro müqabilində “Parma”ya keçib. 21 yaşlı fransalı sol vinger bu mövsümün sonuna kimi icarəyə götürülüb.

Antuan peşəkar karyerasına məhz “Havr”da başlayıb. O, Fransa klubunun əsas komandasında 45 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Havr”ın mərakeşli vingeri Nassim Şadli isə Liqa 1 təmsilçisini tərk edib. 23 yaşlı futbolçu azad agent kimi Mərakeşin “Vidad” klubuna keçib.

“Nim”in yetirməsi olan, “Trua”, “Lommel” kimi klublarda da forma geyinmiş Nassim, 2023-cü ildən “Havr”da çıxış edirdi. Lakin o, bu klubun əsas komandasında cəmi 2 oyun keçirib. Şadli ötən ildən Mərakeşin U-23 yığmasına dəvət alır.

“Havr” gedənlərin əvəzində PSJ-nin 19 yaşlı hücumçusu İlyes Husnini icarəyə götürüb. Mərakeşdən olan, Fransa vətəndaşlığına da malik forvard ötən mövsümü Qətərin “Əl-Sədd” klubunda icarədə keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: