Dadaşov üçün 34 dəqiqə və 1 xal

Futbol üzrə ABŞ birinci liqasında 12-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Şarlott İndependens” ilə qarşılaşıb. “Finiks Rayzinq” bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, 56-cı dəqiqədə meydana buraxılıb.

Cari mövsümdə keçridiyi 11 oyunda 23 xal toplayan “Finiks Rayzinq” hazırda zirvədə qərarlaşıb.