Daizen Maeda “İpsviç Taun”da!

Yaponiya millisinin və Şotlandiyanın “Seltik” klubunun hücumçusu Daizen Maeda karyerasını İngiltərədə Premyer Liqasında davam etdirəcək.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu “İpsviç Taun”a transfer edilib.

Onunla müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalandığı açıqlanıb. İngiltərə klubu bu transfer üçün 11,7 milyon avro

Daizen Maeda 2022-ci ildən “Seltik”in formasını geyinirdi. O, 2024/2025 mövsümündə bütün turnirlər daxil olmaqla 54 oyunda meydana çıxaraq 17 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb. Yapon futbolçunun bu klubdakı ümumi göstəriciləri də diqqət çəkir: 212 oyun, 79 qol və 38 assist.

Maeda karyerası ərzində “Yokohama Marinos”, “Matsumoto Yamaqa”, “Mito Holli Hok” və “Maritomo” kimi klublarda da forma geyinib.

2019-cu ildən Yaponiya yığmasında çıxış edən futbolçu millinin heyətində 30 oyuna çıxıb, 5 qol vurub.

“Transfermarkt” internet-portalı 28 yaşlı vingerin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: