Dani Karvaxal yenidən sıradan çıxdı

İspaniyanın “Real” klubu ciddi itkiylə üzləşib.

Arena.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Dani Karvaxal sıradan çıxıb.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Müdafiəçi “Real”ın La Liqanın 23-cü turunda “Valensiya”ya qarşı keçirdiyi oyunda (2:0) zədələnib.

Karvaxalın son durumu tibbi müayinədən sonra bilinəcək. 29 yaşlı futbolçunun La Liqanın 24-cü turunun “Valyadolid”lə səfər matçını buraxacağı dəqiqdir.

Xatırladaq ki, Dani Karvaxal yenicə zədəsini sağaldaraq sıraya dönmüşdü.

“Real”da Karvaxalla yanaşı, Serxio Ramos, Marselo, Rodriqo, Federiko Valverde, Eder Militao, Alvaro Odriosola da zədəlidir.

“Valyadolid” – “Real” matçı fevralın 21-də keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: