Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Daniel Alves ona qarşı irəli sürülən zorlama ittihamı ilə bağlı danışıb.
Arena.az “Itatiaia” internet-nəşrinə istinadən Daniel Alvesin sözlərini diqqətinizə çatdırır:
“Nəyin baş verdiyini və nəyin baş vermədiyini yalnız iki nəfər bilir. Mən həqiqəti deyirəm. Mənim günahsızlığım sübuta yetiriləcək. Bu, qarşılıqlı razılıq əsasında münasibət olub, elan edildiyi kimi kimisə cinsi əlaqəyə girməyə təhrik etmək heç zaman ağlıma belə, gəlməyib”.
Xatırladaq ki, “Barselona”nın sabiq futbolçusu qıza təcavüz etməkdə şübhəli bilinərək yanvar ayından həbsdədir. Futbolçunu 12 ilə qədər həbs gözləyir. Bu ayın əvvəlində məhkəmə Daniel Alvesin həbsdən azad edilməsi ilə bağlı vəkillərinin ikinci müraciətini də rədd edib.
Xatırladaq ki, Dani Alves dünya futbol tarixinin ən titullu iki futbolçusundan biridir. Onun muzeyində 43 qənimət var. Bu yay PSJ ilə Fransa çempionu olan Lionel Messi də onun bu rekorduna şərik olub.


