Braziliya millisinin müdafiəçisi Daniel Alves onu ittiham edən qızla qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduğunu bildirib.
Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.
Xatırladaq ki, Daniel Alves Barselonada gecə klubunda qıza təcavüz etməkdə şübhəli bilinərək yanvar ayından həbsdədir.
“Cuatro” efirində yayımlanan “Codigo 10” proqramında Daniel Alvesin məhkəmədə verdiyi ifadənin səs yazısı təqdim edilib:
“Biz tualetə girəndə üz-üzə dayanmışdıq. Hə, o, məni öpdü və şalvarımı əynimdən çıxarmağa başladı. İstəmədiyimiz bir şey olmadı. Mən ona həmişə böyük hörmətlə yanaşmışam.
Bizi gecə klubunda altıncı masaya apardılar. Bruno ilə (dostu – red.) danışdım, ofisianta işarə etdi, ofisiant dərhal üç qızı dəvət etdi. Əyləndik və dərhal cinsi cazibə yarandı. O, məni unitaza oturtdu və məni yorğalamağa başladı. Mən ondan iki dəfə bunu bəyənib-bəyənmədiyini soruşdum və o, bəli dedi”.
Xatırladaq ki, ittihamın sübut ediləcəyi halda, Daniel Alvesi 12 ilə qədər həbs gözləyir.


