Danilo: “Xosep Qvardiola mənim beynimi yudu”

“Flamenqo”nun 33 yaşlı braziliyalı mərkəz müdafiəçisi Danilo keçmiş çalışdırıcısı, ispan mütəxəssis Xosep Qvardiola haqda söhbət açıb.

Arena.az “City Xtra” dərgisinə istinadən, Danilonun müvafiq fikrini təqdim edir:

“Pep” Qvardiola oyunçuları tərbiyələndirir. Bu, onun işində ən vacib xüsusdur. O, bütün oyunçuları futbol haqqında eynilə düşünməyə məcbur edir. Vaxt, məkan, hərəkət, topa sahibolma və nəzarət…

O, heç bir məşqçinin etmədiyi kimi, sizi meydanda məkanı anlamağa və oyunu duyğusalcasına yaşamağa məcbur edir. Qvardiola bu sözün yaxşı mənasında mənim beynimi yudu. Mən sanki universitetdə təhsil alırdım. Mənim duyduqlarım, mənə öz səvviyyəmi yüksəltmək və bunu bu günə qədər qoruyub-saxlamaq imkanı verdi.

O demək deyil ki, mən “Mançester Siti”də oynayana qədər axmaq idim, yox, amma mən başa düşdüm ki, futbolu tamamilə səhv oynamışam. Əgər mən ona əvvəl rast gəsəydim, o, mənim həyatımı xeyli çox asanlaşdırardı. Mən onun rəhbərliyi altında oynadığıma və ondan öyrəndiyimə elə şadam ki…”, deyə braziliyalı futbolçu fərəhlə bildirib.

Danilo futbola Braziliyanın Minas-Jerays ştatının “Tupinambas” klubunda qədəm qoyub, buradan “Amerika Mineyro”ya keçərək, böyük futbolda debüt edib. Futbolçu karyerası ərzində Danilo “Amerika Mineyro”, “Santos”, “Portu”, “Real”, “Mançester Siti” və “Yuventus”da oynayıb.

Danilo “Flamenqo”ya cari ilin yanvar ayında “Yuventus”dan azad agent qismində qoşulub. Braziliyalı müdafiəçinin “Fla” ilə müqaviləsinin müddəti 2026-cı ilin dekabr ayının sonuna qədər qüvvədədir.

Danilo Flamenqo üçün cəmi 1 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Danilo 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 65 oyuna çıxıb, 1 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: