Dario Srna: “FIFA Ukrayna futboluna yaxşı heç nə gətirmədi”

Donetsk “Şaxtyor”unun idman direktoru Dario Srna, təşkilatın 2022-ci ildə qəbul etdiyi qərara görə FIFA-nı tənqid edib.

Arena.az “Transfermarkt” internet-portalına istinadən məlumat verir ki, söhbət əcnəbi futbolçulara Ukrayna klubları ilə müqavilələri dayandırmağa icazə verilməsi haqda FIFA-nın müvafiq qərarından gedir:

“FIFA müxtəlif vəziyyətlərdə klubları və oyunçuları qorumaq üçün mövcud olmalıdır. Amma onlar bununla özlərinə məxsus surətdə davrandılar. Ona görə də FIFA buna ilk gündən cəhd edən UEFA-dan fərqli olaraq, Ukrayna futboluna yaxşı heç nə gətirmədi. FIFA həm də əksinə, heç nə etmədi. Amma “Şaxtyor” sağ qaldı, sağ qaldı və yaşamağa davam edəcək.

Bu, mənə daha da güc-qüvvət verdi ki, “Şaxtyor”u güclü etmək üçün çalışım – məşqçi, prezident və baş direktorla birlikdə. Biz düzgün yoldayıq. Əgər FIFA bütün futbolçularımızı oğurlayıb bizi zəiflədə biləcəklərini düşünürsə, bu, çox böyük səhvdir, çünki biz ukraynalılarıq”, deyə Dario Srna vurğulayıb.

Xatırladaq ki, Srna 2019-cu ildən “Şaxtyor”un klub sistemində texniki inkişaf üzrə məşqçi kimi fəaliyyətə başlayıb. 2020-ci ilin yayında xorvat mütəxəssis idman direktoru vəzifəsinə keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: