“Darmştadt” alman hücumameylli yarımmüdafiəçi Yulian Yustvanı “Hoffenhaym”dan icarə əsasında heyətinə qatıb.
Arena.az bu barədə “Darmştadt”ın rəsmi sayıtna istinadən məlumat verir.
Müqavilə müddəti cari mövsümün – iyun ayının sonuna qədər nəzərdə tutulub. İcarə haqqı isə mövsümün sonunda razılaşdırılacaq.
Yulian Yustvan “Dinqolfinq”in yetirməsidir. Yustvan həmçinin “Fürt”, “Münhen 1860”, “Volfsburq”, “Paderborn” və “Hoffenhaym”da çıxış edib.
Cari mövsümün ilk yarısında Yustvan “Hoffenhaym”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub.
Yulian Yustvan Almaniyanın U-18 yığmasının heyətində 7 oyun keçirib, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 25 yaşlı alman hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.


