David Alaba mövsümün sonuna kimi sıradan çıxdı

“Real”ın avstriyalı mərkəz müdafiəçisi David Alaba İspaniya La Liqasının 17-ci turunda “Vilyarreal”la oyunda (4:1) zədələnib.

Arena.az bu barədə “Real”ın rəsmi saytına istinadən məlumat verir.

Bildirilir ki, tibbi müayinədən sonra David Alabaya sol dizində çarpaz bağın qopması diaqnozu qoyulub. Futbolçu yaxın vaxtlarda əməliyyat ediləcək. Alabanın bu mövsümün sonuna kimi oynaya bilməyəcəyi ehtimal olunur. Onun ən yaxşı halda mövsümlərarası fasilə zamanı sıraya dönməsi və növbəti mövsümün əvvəlinə hazır olması gözlənilir.

Alaba bu mövsüm “Real”ın heyətində çarpaz bağ yırtığından əziyyət çəkən üçüncü futbolçudur. Alabaya qədər “Real”ın belçikalı qapıçısı Tibo Kurtua müvafiq zədə alaraq cari mövsümə başlamadan mövsümün sonuna qədər sıradan çıxmışdı. Daha sonra braziliyalı mərkəz müdafiəçi Eder Militao bu fəsadla sıradan çıxıb.

David Alaba “Real”a 2021-ci ilin iyulunda azad agent qismində “Bayern”dən keçib. Alabanın “Kral klubu” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər sonuna qədər qüvvədədir.

Cari mövsümdə avstriyalı müdafiəçi “Real”ın heyətində 17 oyuna çıxıb, 2 məhsuladar örürmə verib. Alaba “Real”la İspaniya La Liqasının, İspaniya Kral Kubokunun, İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

David Alaba 2009-cu ilin oktyabrında debüt etdiyi Avstriya yığmasının heyətində 105 oyuna çıxıb, 15 qol, 21 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı David Alabanı 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: