Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail” yarımmüdafiəçi David Qomis ilə qüvvədə olan müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Yeni anlaşmaya əsasən, 30 yaşlı futbolçu 2024/2025 mövsümünün sonuna qədər bu komandanın uğurları üçün çalışacaq.
Ötən mövsümün ikinci yarısından “Səbail”də çıxış edən David Qomis bu komandanın heyətində ümumilikdə Premyer Liqada 25 qarşılaşmada (1919 dəqiqə) meydana çıxıb. O, rəqib qapılarından 4 top keçirib. Qomisin “Səbail” karyerası bütövlükdə 26 oyun, 4 qol və 1 məhsuldar ötürmədən ibarətdir.
Fransa vətəndaşlığı da olan Qvineya-Bisau yığmasının üzvü “Tulon”, “Frejyus Sen Rafael”, “Ayaçço” və “Po” kimi klubların da şərəfini qoruyub. O, Qvineya-Bisau yığmasında da 2 oyun keçirib.


