“Kremoneze”nin baş məşqçisi, italiyalı futbol mütəxəssisi Davide Nikola A Seriyasında avqust ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.
52 yaşlı mütəxəssis karyerasında ilk dəfə bu mükafata layiq görülüb. O, indiyə qədər heç vaxt A Seriyasında ayın ən yaxşısı elan edilməmişdi.
“Kremoneze” Davide Nikolanın rəhbərliyi altında avqust ayında cəmi 2 oyun keçirib və hər ikisindən qalib ayrılıb. Komanda hazırda A Seriyasının turnir cədvəlində liderlər qrupunda qərarlaşıb.
Xatırladaq ki, Davide Nikola bu mövsümün əvvəlində “Kremoneze”yə baş məşqçi təyin edilib. İtaliyalı mütəxəssisin bu klubla 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Nikola daha öncə “Kalyari”, “Salernitana”, “Torino”, “Cenoa”, “Udineze”, “Krotone”, “Bari”, “Livorno”, “Empoli” kimi klublarda da baş məşqçi kimi çalışıb.


