DÇ-2022: Sonuncu vəsiqə Kosta Rikaya qismət oldu

Bu il Qətərdə keçiriləcək dünya çempionatına (DÇ-2022) sonuncu vəsiqənin sahibi bəlli olub. Arena.az xəbər verir ki, sayca 32-ci iştirakçı komanda adını Kosta Rika yığması qazanıb.

Bu ölkə qitələrarası pley-off mərhələsinin final oyununda Yeni Zelandiyanı 1:0 hesabı ilə üstələyib. Kosta Rika yığmasının yeganə qolunu 3-cü dəqiqədə Joel Kempbell vurub.

Kosta Rika millisi DÇ-2022-də İspaniya, Almaniya və Yaponiya ilə birlikdə E qrupuna düşüb.

Beləliklə, final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq dünya çempionatının 32 iştirakçısının hamısı müəyyənləşib. Mundiala vəsiqə qazanmış bütün komandaların siyahısını təqdim edirik:

Avropa: İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə və Uels

Cənubi Amerika: Argentina, Braziliya, Ekvador, Uruqvay

Afrika: Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis

Asiya: İran, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya, Avstraliya

Şimali Amerika: Kanada, ABŞ, Meksika, Kosta Rika

Sonda dünya çempionatının qruplarını da təqdim edirik. Xatırladaq ki, bu dünya çempionatının püşkatma mərasimi hələ bütün iştirakçılar müəyyənləşməmiş, bu ilin aprel ayında Qətərdə təşkil olunmuşdu:

A qrupu
Qətər
Ekvador
Seneqal
Niderland

B qrupu
İngiltərə
İran
ABŞ
Uels

C qrupu
Argentina
Səudiyyə Ərəbistanı
Meksika
Polşa

D qrupu
Fransa
Avstraliya
Danimarka
Tunis

E qrupu
İspaniya
Kosta-Rika
Almaniya
Yaponiya

F qrupu
Belçika
Kanada
Mərakeş
Xorvatiya

G qrupu
Braziliya
Serbiya
İsveçrə
Kamerun

H qrupu
Portuqaliya
Qana
Uruqvay
Cənubi Koreya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: