DÇ-2026: Bu gün bürünc medalçı bəlli olacaq

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün mundialda üçüncü yer uğrunda oyun keçiriləcək.

Dünya çempionatının bürünc medalını qazanmaq üçün Fransa və İngiltərə milli komandaları üz-üzə gələcəklər. Mayami şəhərində (Florida, ABŞ) təşkil ediləcək qarşılaşmaya bu gecə Bakı vaxtı ilə saat 01:00-da start veriləcək.

Xatırladaq ki, mundialın final oyunu iyulun 19-da baş tutacaq. Həlledici görüşdə İspaniya və Argentina milli komandaları dünya çempionunun aydınlıq gətirəcəklər. Final matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

DÇ-2026
Üçüncü yer uğrunda oyun
19 iyul

01:00. Fransa – İngiltərə
Baş hakim: Xesus Valensuela (Venesuela)
Mayami stadionu. Florida, ABŞ.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: