FIFA-nın Hakimlər Komitəsi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı (DÇ-2026) öncəsi hakim siyahısında dəyişiklik edib.
Arena.az bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.
33 yaşlı fransalı hakim Villli Delajo videohakimlər siyahısına əlavə edilib. Bu dəyişiklikdən sonra, FIFA-ya üzv 50 assosiasiyanı təmsil edən 52 baş hakim, 88 köməkçi hakim və 31 videohakimin 2026-cı il dünya çempionatının oyunlarını idarə etməsi gözlənilir.
Bildirilib ki, hakimlər mayın sonunda keçiriləcək təlim-məşq toplanışı üçün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mayami şəhərinə yollanacaqlar.
Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.
Dünya çempionatı bu il 11 iyun – 19 iyulda ABŞ, Kanada və Meksikada keçiriləcək.


