DÇ-2026: Fransa 6 qola üzüldü, İngilitərə 3-cü oldu!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün mundialda üçüncü yer uğrunda oyun keçirilib.

Dünya çempionatının bürünc medalını qazanmaq üçün Fransa və İngiltərə milli komandaları üz-üzə gəliblər. Mayami şəhərində (Florida, ABŞ) təşkil edilmiş qarşılaşma məhsuldar alınıb. Bütövlükdə 10 qolun qeydə alındığı matçda əksəriyyətin gözləmədiyi halda İngiltərə yığması rəqibinə 5:3 hesabıyla qalib gələrək bürünc medallara sahib çıxıb.

Xatırladaq ki, mundialın final oyunu iyulun 19-da baş tutacaq. Həlledici görüşdə İspaniya və Argentina milli komandaları dünya çempionunun aydınlıq gətirəcəklər. Final matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

DÇ-2026
Üçüncü yer uğrunda oyun
19 iyul

Fransa – İngiltərə 4:6
Qollar: Kilian Mbappe, 48; 66. Bradli Barkola, 54. Usman Dembele, 90+6 – Deklan Rays, 3. Ezri Konsa, 18. Bukayo Saka, 37; 45+1; 87-pen. Cud Bellingem, 90+8.
Baş hakim: Xesus Valensuela (Venesuela)
Mayami stadionu. Florida, ABŞ.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: