DÇ-2026-da üçüncü yer uğrunda keçirilən İngiltərə – Fransa qarşılaşması mundial tarixinin ən məhsuldar bürünc medal oyunu kimi tarixə düşüb.
Arena.az xəbər verir ki, İngiltərənin 6:4 hesablı qələbəsi ilə başa çatmış görüşdə qapılara ümumilikdə 10 qol vurulub.
Bu, dünya çempionatlarının üçüncü yer uğrunda keçirilən matçları arasında yeni rekorddur.
Əvvəlki rekord 1958-ci il dünya çempionatına məxsus idi. Həmin vaxt Fransa millisi Almaniya Federativ Respublikasını (AFR) 6:3 hesabı ilə məğlub etmiş və qarşılaşmada 9 qol qeydə alınmışdı.
Ümumilikdə isə dünya çempionatları tarixinin ən məhsuldar oyunu hələ də 1954-cü il mundialında keçirilmiş Avstriya – İsveçrə matçıdır. Həmin görüşdə Avstriya 7:5 hesablı qələbə qazanmış, qarşılaşmada ümumilikdə 12 qol vurulmuşdu.
Xatırladaq ki, DÇ-2026-ya bu gün keçiriləcək İspaniya – Argentina matçı ilə yekun vurulacaq.


