Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatına (DÇ-2026) bu gün yekun vurulacaq.
Arena.az xəbər verir ki, mundialın sonuncu – 104-cü matçında növbəti dünya çempionunun adına aydınlıq gələcək.
Turnirin finalında son dünya çempionu Argentina millisi Avropa çempionu İspaniya ilə üz-üzə gələcək. Qarşılaşma Nyu-Cersi ştatındakı “Metlayf” stadionunda keçiriləcək. Həlledici matça Bakı saat 23:00-da start veriləcək.
Həlledici görüşün əsas diqqət mərkəzində isə iki nəslin simvoluna çevrilmiş futbolçular – Argentina millisinin kapitanı Lionel Messi və İspaniyanın gənc ulduzu Lamin Yamal olacaq. İllər əvvəl UNICEF layihəsi çərçivəsində Messinin körpə Yamalı qucağında tutduğu məşhur foto bu finala xüsusi simvolik məna qazandırıb.
Argentina ardıcıl ikinci, ümumilikdə isə dördüncü dünya çempionluğunu qazanmağa çalışacaq. İspaniya isə tarixində ikinci dəfə mundialın qalibi olmaq uğrunda mübarizə aparacaq.
Beləliklə, bir aydan çoxdur davam edən mundial bu gün futbol tarixinin ən maraqla gözlənilən finallarından biri ilə yekunlaşacaq.
DÇ-2026
Final
19 iyul
23:00. İspaniya – Argentina
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Nyu Cersi. Nyu York, ABŞ.


