DÇ-2026-nın qalibi İspaniya millisi oldu!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatına (DÇ-2026) yekun vurulub.

Arena.az xəbər verir ki, mundialın sonuncu – 104-cü matçında növbəti dünya çempionunun adına aydınlıq gəlib.

Turnirin finalında son dünya çempionu Argentina millisi Avropa çempionu İspaniya yığması ilə üz-üzə gəlib. Nyu-Cersidəki “Metlayf” stadionunda keçirilmiş oyunun baş hakimi sloveniyalı Slavko Vinçiç olub.

Argentina ardıcıl ikinci, ümumilikdə isə dördüncü dünya çempionluğunu qazanmağa çalışıb. İspaniya isə tarixində ikinci dəfə mundialın qalibi olmaq uğrunda mübarizə aparıb. Yekunda sevinən tərəf ispanlar olublar.

Qarşılaşmanın əsas vaxtında qolsuz yekunlaşıb. Qələbə qolu əlavə vaxtda vurulub. 106-cı dəqiqədə Ferran Torres qapını dəqiq nişan alıb.

Argentina millisi qarşılaşmanı 10 nəfərlə başa vurub. Entso Fernandes 90+3-cü dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalanıb.

Beləliklə, İspaniya millisi tarixində ikinci dəfə dünya çempionu olub.

DÇ-2026
Final
19 iyul

İspaniya – Argentina 1:0
Qol: Ferran Torres, 106.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Nyu Cersi. Nyu York, ABŞ.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: