DÇ-2026: Norveç tarixində ilk dəfə 1/8 finalda!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

Norveç millisi 1/8 finala vəsiqə uğrunda Kot-d’İvuar yığması ilə qarşılaşıb. Dallasda (ABŞ) keçirilniş bu matçda qapılara 3 qol vurulub. Yekunda avropalılar 2:1 hesablı qələbəyə seviniblər. Norveç yığmasında Antonio Nusa və Erlinq Haland fərqləniblər. Afrikalıların heyətində isə Amad Diallo adını tabloya yazdırıb.

Norveç millisi bu qələbə sayəsində tarixində ilk dəfə dünya çempionatında 1/8 finala yüksəlib. Sözügedən komandanın növbəti rəqibi Braziliya seçməsi olacaq.

Xatırladaq ki, daha öncə Kanada, Braziliya, Paraqvay, Mərakeş yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.

DÇ-2026
1/16 final
30 iyun

Kot-d’İvuar – Norveç 1:2
Qollar: Amad Diallo, 74 – Antonio Nusa, 39. Erlinq Haland, 86.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: