DÇ-2030 niyə 6 ölkədə keçiriləcək? – İnfantino açıqladı

FIFA prezidenti Canni İnfantino bildirib ki, 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatı (DÇ-2030) bütün dünyanı birləşdirəcək.

Arena.az FIFA-nın mətbuat xidmətinə istinadən, İnfantinonun bu barədə fikirlərini təqdim edir:

“2030-cu il Dünya Kuboku xüsusi, müstəsna bir məqam olacaq, bu, yüzillik Dünya Kuboku olacaq (ilk dəfə 1930-cu il Dünya Kuboku – redaktorun qeydi), dünyanı həqiqətən birləşdirəcək Dünya Kuboku olacaq.

Biz 2030-cu il haqqında danışmağa başlayanda mənə aydın oldu ki, xüsusi bir şey ortaya qoymalıyıq, çünki hamımız futbolun tarixini xatırlamalıyıq”, deyə İnfantio bildirib.

Xatırladaq ki, futbol üzrə dünya çempionatı ilk dəfə 3 qitədə və 6 ölkədə keçiriləcək. 2030-cu il dünya çempionatında ən çox oyunlar Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcək. 3 oyun Cənubi Amerikada baş tutacaq. Açılış oyunu Uruqvayda baş tutacaq və bu oyunda Uruqvay yığması iştirak edəcək. Bu, eynilə Argentina və Paraqvay yığmalarının öz qruplarındakı ilk oyunlarına da aiddir – onlar açılış oyunlarını öz ölkələrində keçirəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: