DÇ: Azərbaycan millisi Liverpula 11 boksçu ilə yollandı

Sentyabrın 4-də “World Boxing”in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında ilk dünya çempionatına (DÇ) start veriləcək.

Arena.az xəbər verir ki, İngiltərənin Liverpul şəhərində keçiriləcək və 11 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Kişi boksçulardan ibarət komandamız mundialda tam heyətlə çıxış edəcək. Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev dünya çempionatında aşağıdakı boksçulara şans verəcəklər:

Sübhan Mamedov (50 kq)
Nicat Hüseynov (55 kq)
Məhəmmədəli Qasımzadə (60 kq)
Zaur Qəhrəmanov (65 kq)
Sərxan Əliyev (70 kq)
Səidcəmşid Cəfərov (75 kq)
Murad Allahverdiyev (80 kq)
Surət Qarayev (85 kq)
Alfonso Dominqes (90 kq)
Məhəmməd Abdullayev (+90 kq).

Qadınların mübarizəsində isə ölkəmiz 1 boksçu ilə təmsil olunacaq. Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Aynur Mikayılova (57 kq) rinqə çıxacaq.

Bu gün Liverpula yollanan Azərbaycan millisi sentyabrın 15-də Bakıya qayıdacaq.

DÇ-nin püşkü sentyabrın 3-də atılacaq. Yarışda 60-dan çox ölkənin 500-dək boksçusunun iştirakı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: