De la Fuente: “18 aydan sonra indikindən daha yaxşı olacağıq”

İspaniya yığmasını baş məşqçisi Luis de la Fuente “qırmzı qəzəb”in 2026-cı il dünya çempionatına qədər daha da güclənəcəyini bildirib.

Arena.az AS dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Dünya çempionatına qədər hələ 18 ay var və onlar çox sürətlə uçacaqlar. Amma biz hazırıq və mən bu oyunçuları tanıdığım üçün çox nikbinəm. Onlar doyumsuzdurlar və qalib gəlmək istəyirlər.

Mən, bizim nə qədər irəli gedəcəyimizi bilmirəm, amma əminəm ki, 18 aydan sonra biz indikindən daha yaxşı olacağıq. Yeni və yaxşı oyunçularımız olacaqlar və hazırda mövcud olanlar isə daha yetkin və güclü olacaqlar. ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında biz indikindən daha yaxşı komanda olacağıq”, deyə Luis de la Fuente vurğulayıb.

Xatırladaq ki, İspaniya yığması Avropa Çempionatının və UEFA Millətlər Liqasının cari çempionudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: