İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqası 1/4 finalının Niderland yığması ilə cavab oyununu şərh edib.
Arena.az məlumat verir ki, səfərdə 2:2 hesablı heç-heçə oynamış “qırmızı qəzəb” evdə 3:3 (əsas vaxt 2:2) hesablı heç-heçə ilə penaltilər silsiləsinə daşınıb və burada “zanbaqlar”ı 5:4 hesabı ilə məğlub edib.
Luis de la Fuente matçdan sonra keçirilmiş mətbuat konfransnda bunları söyləyib:
“Biz çox həyəcanlıyıq. Bu, Avropa çempionatının finalı ola biləcək bir oyun idi. Biz məqbul sayılacaq səviyyədə idik. Biz elə, AÇ-2024-dəki duyğuları yaşayırıq. Bu, oxşar xüsusiyyətlərə malik iki komanda idi, çünki biz də, onlar da – hücuma oynayırıq. Azarkeşlər lap yəqin, böyük zövq aldılar. Biz üç dünya və bir Avropa çempionunun iştirakı ilə daha bir “dördlər finalı”ndan həzz almaq niyyətindəyik”, – UEFA-nın rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.
Yarışın yarımfinal mərhələsinə adlamış İspaniya millisinin rəqibi Fransa yığması olacaq.


