İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının 1/4 finalının Niderland yığması ilə cavab oyunu haqda danışıb.
Arena.az İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytına istinadən, ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Oyunçularım həmişə bütün güc-qüvvələrini ortaya qoyurlar, onları çalışdırmaq çox xoşdur. Biz, Niderland yığmasının malik olduğu o imkanları ən aşağı səviyyəyə endirməyə çalışacağıq. Bu, futbolçuları əla formada olan əla komandadır. Statistikaya görə, birinci oyunda biz daha yaxşı idik. Biz həmçinin öz oyunmuzla onlara çətinliklər yaşada bilərik. Biz, müdafiə mərhələsində daha səmərəli olmağa çalışacaq və hücum mərhələsində elə həmin köklənmə və səmərəmizi nümayiş etditməyə davam edəcəyik”, deyə Luis de la Fuente vurğulayıb.
İspaniya – Niderland oyunu bu gün, martın 23-də Valensiyada keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.
Xatırladaq ki, komandalar arasında Rotterdamda keçirilmiş ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.


