“Roma”nın baş məşqçisi Daniele De Rossi Avropa Liqasının 1/8 finalının ilk oyununda “Brayton” üzərində evdə 4:0 hesablı qələbəni şərh edib.
Arena.az bu “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz “Roma”nın qazanmalı olduğu oyunlarda qalib gəlirik. Burada xüsusi bir şey etmədim, hər şey dərhal yerinə düşdü və mən çox xoşbəxtəm. Buradakı futbolçular çox istedadlıdır, bunu ilk gündən deyirəm, biz “Roma”nın qalib gəlməli olduğu oyunlarda qalib gəlirik. Əla komandamız var və buna görə qalib gəlirik, burada xüsusi bir şey yoxdur.
Oyundan nə qədər məmnun olduğumu ifadə etmək istəmirəm. Bəyəndiyim çox şey gördüm, amma ikinci hissədə topu daha da yaxşı saxlaya bilərdik”, deyə De Rossi bildirib.
Komandalar arasında cavab oyunu martın 14-də keçiriləcək. Mütəxəssislər cavab oyununun bir rəsmiyyət olacağı qənaətindədirlər. Belə ki, ilk oyundan sonra “Roma”nın hesab üstünlüyü ilə yanaşı, səviyyə fərqi də göz qabağındadır.


