Deko “İmişli”də! – Rəsmi

Portuqaliyanın “Alverka” klubunun mərkəz yarımmüdafiəçisi Fransisko Morais (Deko) bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Anqolalı yarımmüdafiəçi yeni klubuna azad agent kimi qoşulub.

Deko Anqolanın “Petro de Luanda” klubunun yetirməsidir. Daha sonra Portuqaliyanın “Kasrense” klubuna keçmiş yarımmüdafiəçi son olaraq bu ölkədə “Alverka”nın formasını geyinib.

“İmişli” bu yay Seyxan Fərəcov, Fərid Nəbiyev, Bəxtiyar Həsənalızadə, Sadiq Məmmədzadə, Yusif İmanov, İvan Senin, Əkbər Eyyubov və Ayxan Abbaszadə kimi futbolçuları da heyətinə qatıb. Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli komandanı tərk ediblər.

Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Rafael Vyeqas, Andrey Sinenka, Ezekiel Morqan, Ronaldo Souza, Nazim Hüseynov isə komandanı tərk ediblər. Əyalət klubu elə bu yay heyətinə qatdığı Pikasla da cəmi bir ay sonra vidalaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: