Demba Ba “Luqano” ilə anlaşdı

Futbol üzrə Seneqal yığmasının sabiq hücumçusu Demba Ba özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 36 yaşlı hücumçu karyerasını İsveçrədə davam etdirəcək.

O, bu ölkənin “Luqano” klubuna keçib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalandığı diiqqətə çatdırılıb.

Qeyd edək ki, Demba Ba son olaraq Türkiyənin “Başakşəhər” klubunda çıxış edib. O, 2019-cu ilin yanvarından İstanbul təmsilçisində çıxış edirdi. Onun klubla müqaviləsinin müddəti bu mövsümün sonuna kimi idi. Seneqallı futbolçu İstanbul komandasının heyətində 82 oyunda meydana çıxıb və 26 qola imza atıb. O, geridə qalan mövsümdə meydana çıxdığı 37 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.

Seneqal millisinin sabiq forvardı “Başakşəhər”dən öncə “Şanxay Şenxua” (Çin), “Göztəpə”, “Beşiktaş” (hər ikisi Türkiyə), “Çelsi”, “Nyukasl”, “Vest Hem” (hər üçü İngiltərə), “Hoffenhaym” (Almaniya), “Muskron” (Belçika) və “Ruan” (Fransa) klublarının da uğurları üçün çalışıb.