Denis Zakariya “Yuventus”u “Monako”ya dəyişdi

Futbol üzrə İsveçrə yığmasının və İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Denis Zakariya “Monako”ya keçib.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu Liqa 1 təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.

“Yuventus” onun satışından 20 milyon avro qazanıb. Turin təmsilçisi onu 2022-ci ilin yanvarında Mönhenqladbah “Borussiya”sından 10,88 milyon avroya transfer etmişdi. Amma dayaq yarımmüdafiəçisi Turin klubunda cəmi 15 matça çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.

Denis Zakariya karyerası ərzində “Yanq Boyz”, “Servett”, “Çelsi” kimi klublarda da forma geyinib. O, İsveçrə yığmasında 49 oyuna 3 qol vurub.

“Yuventus”un iki futbolçusu – sol cinah müdafiəçisi Luka Pelleqrini və dayaq yarımmüdafiəçisi Nikolo Rovella “Latsio”ya keçib. Paytaxt klubu hər iki oyunçunu satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüb. “Roma”nın yetirməsi olan Pelleqrini “Kalyari”, “Cenoa” və “Ayntraxt” kimiklublarda da oynayıb. 24 yaşlı italyan “Yuventus”da cəmi 21 oyun keçirib, 1 assistlə yadda qalıb. “Cenoa”nın yetirməsi olan Rovella isə “Yuventus”da cəmi 3 matç keçirib. 21 yaşlı italyan ötən mövsüm “Montsa”da da icarədə olub.

“Yuventus”un daha iki futbolçusu – sağ cinah vingeri Matias Sule (20 yaş) və dayaq yarımmüdafiəçisi Enso Barreneçea (21 yaş) da “Frozinone”yə keçib. Hər ikisi Argentinadan olan futbolçular mövsümün sonuna kimi icarədə olacaqlar.

Turin təmsilçisi sol cinah vingeri Marko Olivyerini “Venetsiya”ya, Feliks Korreyanı “Jil-Visente”yə, Fakundo Qonsalesi “Sampdoriya”ya, Canluka Frabottanı isə “Bari”yə icarəyə verib. Onlar da hamısı mövsümün sonuna kimi icarədə olacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: