Deputat Avropa Parlamentinin iclasında “Yuventus”u təhqir etdi

İrland deputat Mik Uolles Avropa Parlamentinin Brüsseldə keçirilmiş iclasına “Torino” köynəyində gələrək “Yuventus”u təhqir edib.

Arena.az irland deputatın müvafiq xüsusda sözlərini təqdim edir:

“Şənbə günü “Yuventus”a qarşı oyunda “Torino”ya uğurlar. “Yuve” – nəcisdir. İrəli, “Toro”, deyə Uolles çağırış edib.

Xatırladaq ki, “Torino” – “Yuventus” oyunu İtaliya A Seriyasının 32-ci turu çərçivəsində “Olimpiko di Torino” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq.

31 turdan sonra “Yuve” İtaliya A Seriyasının yarış cədvəlində 62 xalla 3-cü, “Torino” isə 44 xalla 9-cu pillədə qərarlaşıb. A Seriyasına 82 xalla “İnter” başçılıq edir.

Deputat Mik Uollesin həmin çıxışının əks edildiyi videonu təqdim edirik:

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: