Almaniyanın “Herta” klubunun hücumçusu Devi Selke Bundesliqada iş yerini dəyişib. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra “Köln”ün uğurları üçün çalışacaq.
Bu barədə almaniyalı futbolçunun yeni klubu məlumat yayıb. Hücumçu yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi müqavilə bağlayıb.
Devi Selke peşəkar karyerasına “Verder”də başlayıb. “Leypsiq”də də oynamış futbolçu 2017-ci ildən “Herta”da çıxış edirdi. O, bu komandanın heyətində 126 oyuna 26 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.


