Futbol üzrə Fransa milli komandasının baş məşqçisi Didye Deşam DÇ-2026-dakı mübarizələrinin başa çatmasından sonra yığmadan ayrılb.
Arena.az xəbər verir ki, Fransa Futbol Federasiyası (FFF) da Deşamın milli komandanın baş məşqçisi postundan ayrıldığını rəsmən açıqlayıb.
57 yaşlı mütəxəssisin gedişi Fransa millisinin DÇ-2026-da üçüncü yer uğrunda oyunda İngiltərəyə 4:6 hesabı ilə məğlub olmasından sonra rəsmiləşib.
Xatırladaq ki, Didye Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionu, 2022-ci ildə UEFA Millətlər Liqasının qalibi olub. Bundan başqa, Fransa millisi AÇ-2016 və DÇ-2022-də gümüş medallara sahib çıxıb.
Sonda onu da qeyd edək ki, Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan olacaq. Lakin bu təyinat hələlik Fransa Futbol Federasiyası tərəfindən rəsmən təsdiqlənməyib.


