Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in 2025-ci il FIFA Klub Dünya Kubokunda uğursuz çıxışını şərh edib.
Arena.az məlumat verir ki, qrup mərhələsinin başa çatması ilə növbəti mərhələyə vəsiqə qazana bilməmiş “Atletiko” Madridə əliboş dönməli olub.
Dieqo Simeone bunu belə izah edib: “Növbəti mərhələyə keçə bilmədiyimizdən doğan pərişanlığımız var. Qrupda 6 xal toplamaq pis deyil, amma bizi PSJ ilə oyun yarıda qoydu, orada ixtiyari vəziyyət bizə qarşı idi. Biz dəqiqliklə başa düşürük ki, nəyi yaxşılaşdırmalıyıq və hansı vəziyyətlər bizim tərəqqimizə kömək edir. Oyunçularımın işi ilə fəxr edirəm. Biz, bacardığımızı ortaya qoyduq. Üç oyundan ikisini qazandıq… Və, təəssüf ki, buna rəğmən, yarışdan uçduq”, – “Marca” nəşri “El-Çolo” ləqəbli 55 yaşlı argentinalı mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, “Atletiko” klublararası dünya çempionatına “B” qrupunun 1-ci tur oyununda Fransa nəhəngi PSJ-yə 0:4 hesabı ilə məğlub olmaqla başlayıb. 2-ci turda “döşəkçilər” “Sietl Saunders”i 3:1 hesabı ilə məğlub ediblər. 3-cü turda isə “Atletiko” “Botafoqo” üzərində 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsini keçə bilməyib. “Döşəkçilər”in buna top fərqi (4:5) kifayət etməyib. “Botafoqo” daha yaxşı top fərqi (3:2) hesabına ələmə mərhələsinə keçib.
“B” qrupunun yekun yarış cədvəli belə mənzərə yaradır:
- PSJ – 6 xal;
- “Botafoqo” – 6 xal;
- “Atletiko” – 6 xal;
- “Sietl Saunders” – 0.
PSJ 1/8 finalda Potuqaliya nəhəngi “Benfika” ilə qarşılaşacaq. “Botafoqo” isə Almaniya nəhəngi “Bayern”lə üzləşəcək.


