Dieqo Simeone ÇL-in püşkünü qiymətləndirdi

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqası 1/8 finalında “Real”la qarşılaşacağı püşkün nəticəsini qiymətləndirib.

Arena.az argentinalı mütəxəssisin püşklə bağlı mətbuat toplantısında səsləndirdiyi fikri təqdim edir:

“Mən bu mövzuda ancaq bir sualı cavablayacağam, çünki hazırda, bizim bütün diqqətimiz “Valensiya”ya qarşı oyuna yönəlib. Çempionlar Liqasına gəlincə, bunlar əla oyunlar olacaqlar. Biz hazır olacağıq. Bizim əla rəqibimiz olacaq”, deyə Dieqo Simeone vurğulayıb.

Xatırladaq ki, “Atletiko” “Real”la ilk oyunu martın 4/5-də səfərdə, cavab oyununu isə martın 11/12-də evdə keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: