Dieqo Simeone İspaniyada səs-küylü qətlin şahidi oldu

Madrid “Atletiko”sunun 55 yaşlı argentinalı baş məşqçisi Dieqo Simeone İspaniyada səs-küylü qətlin şahidi olub.

Arena.az “El Espanol” dərgisinə istinadən məlumat verir ki, Simeone və onun həyat yoldaşı Karla Pereyra Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin sabiq müşaviri Andrey Protonovun qətlinin şahidi olublar.

Xatırladaq ki, Protonov Madridin Posuelo-de-Alarkon bələdiyyəsindəki amerikan məkətbi yaxınlığına güllələnib. Məhz burada Simeonenin qızları Françeska və Valentina təhsil alırlar. Burada həmçinin mərhum Protonovun övladları oxuyurlar.

“Bu, hamı üçün ağır vaxt idi. Mən zərərçəkmiş ailələrə daha çox hörmət xahiş edirəm. Həqiqət budur ki, bizüm üçün uşaqlar haqda qayğılanmaq və onları qorumaq vacibdir”, deyə Dieqo Simeone vurğulayıb.

Xatırladaq ki, qətl hadisəsi mayın 21-də baş verib. Cinayəti törətmiş qatillər hələ də tapılmayıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: